Gömrük broker: nə edir, necə seçilir?
Gömrük broker sizi Dövlət Gömrük Komitəsi qarşısında təmsil edir. Doğru seçim vaxt və pul qazandırır.

Gömrük brokerin funksiyaları
- Sənədlərin hazırlanması (invoice, packing list, CMR, AWB)
- HS Code təyini
- Deklarasiya doldurulması
- Rüsum və ƏDV hesabı
- İnspeksiyaya qatılma
- Sertifikat və icazələrin yığılması
- Buraxılışın rəsmiləşdirilməsi
Yaxşı broker əlamətləri
Öz sistem inteqrasiyası (Vahid Pəncərə portalı), 5+ il təcrübə, əvvəlki müştəri tövsiyələri, sabit tarif, gizli xərc yoxdur.
AZENET-in inteqrasiyalı gömrük xidməti
Öz gömrük komandamız var. Aviakarqo və gömrük eyni müqavilədə. Sifarişçi ayrıca broker axtarmaq məcburiyyətində qalmır.