Şirkət haqqında
AZENET haqqında
Bakıdan dünyaya: mühəndislik dəqiqliyi və logistika sürəti bir komandada.
Biz kimik
AZENET Bakıda fəaliyyət göstərən mühəndislik-tikinti və aviakarqo şirkətidir. Tikinti istiqamətində elektrik, mexaniki və zəif cərəyan sistemləri, paylayıcı lövhələrin istehsalı və daxili tamamlama işləri üzrə subpodratçı kimi çıxış edirik; aviakarqo istiqamətində isə dünyanın aparıcı daşıyıcıları ilə əməkdaşlıq edən yük ekspeditoruyuq.
Sifarişçilərimiz arasında Azərbaycanın aparıcı telekommunikasiya və texnologiya şirkətləri var. Vendor siyahısı prosedurlarından keçmiş komandamız beynəlxalq sifarişçilərin sənədləşmə, keyfiyyət və HSE tələblərinə uyğun işləmək təcrübəsinə malikdir.
Məqsədimiz sadədir: söz verdiyimiz keyfiyyəti söz verdiyimiz vaxtda təhvil vermək — istər tikinti meydançasında, istərsə də hava limanında.
Dəyərlərimiz
Keyfiyyət
Sertifikatlı materiallar, sınaq protokolları və foto-hesabatlarla təsdiqlənən nəticə.
Təhlükəsizlik
HSE qaydaları hər addımda: risklərin qiymətləndirilməsindən fərdi mühafizə vasitələrinə qədər.
Vaxtında təhvil
Qrafik bizim üçün öhdəlikdir — gecikmə riskləri əvvəlcədən idarə olunur.
Şəffaflıq
Şəffaf qiymətləndirmə, müntəzəm hesabatlılıq və birbaşa ünsiyyət.
Sifarişçilər və tərəfdaşlar
Layihələrimizi Azercell və Azerconnect Group kimi sifarişçilər üçün təhvil vermişik; aviakarqo istiqamətində Silk Way West, Turkish Cargo, Emirates SkyCargo, Qatar Airways Cargo və IAG Cargo ilə əməkdaşlıq edirik.
Bizimlə işləmək istəyirsiniz?
Vendor siyahısı sənədlərimizi və şirkət təqdimatımızı sorğu əsasında təqdim edirik.