Alibaba, 1688 və Made-in-China: hansı platforma nə üçün?
Bir çox alıcı yalnız Alibaba.com bilir və 40% baha ödəyir. Halbuki eyni məhsul 1688-də Çinin daxili qiymətinə var.

Platformaların əsl fərqi
- Alibaba.com — export bazarı, ingilis dili, MOQ 100+, export sənədləri
- 1688.com — Çinin daxili bazarı, çin dili, MOQ 1+, yalnız yuan qəbul edir
- Made-in-China.com — sertifikatlı istehsalçılar, qərb bazarları üçün optimize
- Global Sources — elektronika və trade show fokusu
- Taobao/Tmall — pərakəndə, tək məhsul üçün
- AliExpress — retail versiyası, kiçik həcmli sifarişlər
1688-də qiymətlərin əsl mənzərəsi
Nümunə: Alibaba-da smart-watch topdan 8 USD, 1688-də eyni model 4.6 USD. Fərq 42%. Amma 1688-də sərhəd keçidi, yuan ödənişi və Çin ünvanı tələb olunur — AZENET burda broker rolunu oynayır.
Made-in-China üstünlüyü
Sertifikatlı istehsalçılar (Verified Supplier, Audited Supplier), CE/FCC/RoHS sənədləri, ISO 9001, factory audit hesabatları. Sənaye avadanlığı və elektrik məhsulları üçün ən yaxşı seçim.